DOST təmsilçiləri Daşkənddə keçirilən Könüllülər forumunda

DOST təmsilçiləri Orta Asiyada ölkəmizi təmsil ediblər. 4 saylı Bakı DOST Mərkəzinin könüllülərin idarə edilməsi üzrə mütəxəssisi Səyyarə Binnətova və “Könüllü DOST” proqramının könüllüsü Baxış Musazadə Özbəkistanda keçirilən forumda iştirak ediblər. MDB ölkələrinin könüllülər hərəkatının forumu olan “Biz birlikdəyik” adlı tədbir 3-4 may tarixlərində Daşkənd şəhərində baş tutub.

Forumda MDB məkanında könüllülərin fəallığının artırılması, könüllülər hərəkatının inkişafına ictimaiyyətin diqqətinin cəlb edilməsi, ekoloji məsuliyyətin artırılması, sağlamlıq imkanları məhdud gənclərin aktiv həyat keçirmələri üçün əlverişli mühitin yaradılması və s. məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin inklüzivlik və maneəsiz yaşayış sahəsinin yaradılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaq və gənclərin fəal həyat mövqeyinə marağının artırılmasına yönələn motivasiya xarakterli görüşlər və video müsahibələr keçirilib. Forum çərçivəsində ixtisaslaşdırılmış internat məktəbləri və uşaq evləri sakinlərinin 500-dən çox əl işlərinin nümayiş olunduğu xeyriyyə yarmarkası da təşkil edilib.

Qeyd edək ki, MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Özbəkistanın könüllülər birliyi tərəfindən təşkil olunan tədbirdə Qazaxıstan, Tacikistan, Qırğızıstan, Rusiya və Azərbaycandan olan könüllü təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edib.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı