DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST mərkəzlərində xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək artıq məcburi deyil.

Bu həftədən etibarən vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə bilər.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Rəqəmsal şəxsiyyət vəsiqəsi”nin “mygov” portalı üzərindən verifikasiyadan keçirilməsinə dair təlimat hazırlanıb. Təlimata əsasən, vətəndaş “mygov” tətbiqində qeydiyyatdan keçibsə, yalnız smartfonla DOST Mərkəzinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilər. Bunun üçün qəbul masalarında şəxsiyyət vəsiqəsi əvəzinə tətbiqdəki QR kodu göstərmək kifayətdir.

Qeyd edək ki, bu yenilik Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixində imzaladığı Fərman nəticəsində mümkün olub.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı