Dövlət Agentliyinin Aparat rəhbəri vebinarda çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli videobağlantı vasitəsi ilə Asiya Diplomatik və Beynəlxalq Əlaqələr İnstitunun təşkil etdiyi “COVID-19 və Rəqəmsal İqtisadiyyat” mövzusundakı iclasda (vebinar) iştirak edib.

Moderatorluğunu Asiya Diplomatik və Beynəlxalq Əlaqələr İnstitunun Tədqiqat və inkişaf departamentinin direktoru Şyam KC.nin apardığı  vebinarda Nepalın Yaşıl İnkişaf Bilik Platformasının rəhbəri Saurav Dakal və Annapurna Ekspresin baş redaktoru  Bisvas Baral iştirak ediblər.

İclasda e-iqtisadiyyat, e-xidmətlər və onlara əlçatanlıq, bərabər imkanlar və infrastruktur elementləri, rəqəmsallaşmada detalların rolu və s. müzakirə edilib.

Azad Cəfərli  COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası hökuməti tərəfindən görülən tədbirlər, onların uğurlu nəticələrindən bəhs edib. O, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni qeyd edib. Diqqətə çatdırılıb ki, bu sistem şəffaflığı, çevikliyi və rahatlığı
təmin etmək baxımından fərqlənib.

Həmçinin  dövlət xidmətlərinin karantin rejimi dövründə keyfiyyətli  şəkildə göstərilməsindən, elektron, fiziki,  o cümlədən mobil xidmətlərin təqdim edildiyi dayanıqlı bir sistemin fəaliyyətinin təmin edilməsindən bəhs olunub.

Videobağlantı zamanı Azad Cəfərli pandemiya dövründə rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklər, dövlət xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın önəmini də vurğulayıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı