Dövlət Agentliyinin sədri “CISCO”nun vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “CISCO”nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb.

Ülvi Mehdiyev “CISCO” şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Eyni zamanda E-hökumət, eləcə də sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

Sonda qonağa ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı