Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət büdcəsinin sərbəst vəsaitləri banklarda depozitə yerləşdirilib - BBN

Dövlət büdcəsinin sərbəst vəsaitləri banklarda depozitə yerləşdirilib

Bu ilin iyulun 1-nə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı hesabına yerli banklarda yerləşdirilən depozitlərin həcmi 2,5 milyard manat olub.

BBN.az xəbər verir ki, Hesablama Palatasının yarımillik xülasəsində bildirilir ki, aprel ayından dövlət vəsaitlərinin səmərəli idarə edilməsi üçün ilk dəfə depozit hərracları keçirilib. Bu əməliyyatlar bankların likvidliyini artırıb, Mərkəzi Bank isə izafi likvidliyi aradan qaldırmaq üçün sterilizasiya əməliyyatlarına üstünlük verib.

Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar proqnozlaşdırılan 1,4 milyon manata qarşı 23,4 milyon manat təşkil edib. Qanunvericilikdə edilən iyul dəyişikliyi isə bu prosesin hüquqi əsasını formalaşdırıb.

Eyni zamanda, dövlətin borc portfelində qısa və ortamüddətli istiqrazların payı azalaraq uzunmüddətli istiqrazların hesabına dəyişib. Bunun nəticəsində orta ödəniş müddəti 1,47 ildən 2,93 ilə yüksəlib.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Agentlikdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

BP rəsmisi: Maliyyə cinayətləri ilə mübarizədə əsas rol insan faktoruna məxsusdur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı