Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə “2024-cü ilin Rəqəmsal İnnovatorları” mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “FinTech Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Müsabiqədə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ilə iştirak edən Xidmət müsabiqənin qalibi seçilərək “2024-cü ilin Rəqəmsal İnnovatorları” mükafatına layiq görülüb.

100-dən çox ölkədən çoxsaylı layihələrin təqdim olunduğu müsabiqənin qalibləri müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə müəyyən edilərək elan olunub.

“Wealth & Finance International” korporasiyası maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıraraq, 2014-cü ildən eyniadlı jurnalda bu sahələr üzrə yeni uğurlu təcrübələri paylaşır.

Dövlət Əmək Müfətişliyi Xidməti ötən ay da Sinqapurun “World Business Outlook” beynəlxalq media platformasının texnologiya kateqoriyasında “Ən Yaxşı Əmək və Məşğulluq Alt Sistemi” nominasiyası üzrə qalib elan edilib.

Related posts

“MİDA Kommunal” portalı istifadəyə verildi

Nazir müavini Anar Kərimov Ağdaş rayonunda vətəndaşları qəbul edəcək

Nyu-York birjasında təbii qaz bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı