Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət istiqrazları üzrə orta ödəmə müddəti azalıb - BBN

Dövlət istiqrazları üzrə orta ödəmə müddəti azalıb

Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisi 1,47 ilə qədər azalıb.

Bildirilib ki, son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7 illik istiqrazlardan ibarət olub. Vurğulanıb ki, bu vəziyyət dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yenidən maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.

“Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik dövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlət istiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlət istiqrazlarının payı isə 39,4 faizə yüksəlib. Bununla da, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzində dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb”, – deyə məlumatda qeyd ediliib.

Mənbə: Trend.az

Related posts

İran müharibəsi cibinizə necə təsir edə bilər? Qlobal bazarlarda böyük dalğalanma

Fitch: İrandakı münaqişə inkişaf etməkdə olan ölkələr üçün əlavə iqtisadi risklər yarada bilər

Qlobal analitiklər: Azərbaycan iqtisadiyyatı və bank sektoru dayanıqlı və region üçün strateji əhəmiyyətlidir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı