Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən “İş Klubu 12” layihəsinə qeydiyyat başlayıb - BBN

Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən “İş Klubu 12” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu 12” layihəsinə qeydiyyat başlayıb.

Layihəyə məzunlar, işsiz və işaxtaran şəxslər müraciət edə bilərlər. İştirakçılara 2 həftə ərzində ekspertlər tərəfindən karyera planlaması, əmək bazarı və digər mövzular ətrafında təlimlər keçiriləcək.

Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 07 İyul 2023-ci il

Layihənin başlama tarixi: 10 İyul 2023-ci il

Qeydiyyat linki:  https://forms.gle/22qaeqGTaq7b6gfZ6

Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə, bu layihə məhz sənin üçündür!

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı