Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib - BBN

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi istiqamətində Qarabağ Universiteti ilə də fəal əməkdaşlıq həyata keçirir.

Agentliyin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində mövcud olan vakansiyalar üzrə işlə təmin edilib. Onlardan bir hissəsi işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.

Görüşdə bölgədə icra olunan aktiv məşğulluq proqramları haqqında məlumat verilib, aktiv məşğulluq proqramlarının icrasında Agentliklə Universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.

Related posts

Bəzi iqtisadi cinayətlərə görə dövlətə ödəniş tələbi azaldılır

Bakıda Türk Dövlətləri Təşkilatının Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir

ADB Azərbaycanın 2026-2027-ci illər üzrə iqtisadi artım proqnozunu dəyişməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı