Dövlət Məşğulluq Xidməti tərəfindən 103 mindən çox şəxs işlə təmin edilib

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 103 028 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Ötən il ərzində nazirliyin xətti ilə ümumilikdə 3400-ə yaxın şəxs (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 3168 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər) peşə hazırlığına cəlb olunub.  

Qeyd olunan dövrdə Xidmət tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü xidməti göstərilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı