Dövlət Neft Fondu vətəndaşlara xəbərdarlıq edib

Son üç ayda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.

ARDNF-dan bildirilib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.

ARDNF Mətbuat xidməti bu paylaşımların tamamilə yanlış və həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırıb. Qeyd olunub ki, ARDNF-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

Bir daha xəbərdarlıq edilib ki, ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlara sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları “info@oilfund.az” ünvanına göndərmələri bildirilib.

Vətəndaşlara fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün yalnız Fondun media resurslarında əks olunan rəsmi məlumatları izləmək tövsiyə olunur.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı