Dövlət-özəl sektor tərəfdaşlığına dair onlayn seminar keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) ilə bağlı onlayn seminar təşkil olunub.

Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarın məqsədi ölkəmizdə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün aidiyyəti dövlət təşkilatlarının məlumatlandırılması, eləcə də bu sahədə xarici təcrübənin öyrənilməsidir.

Tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə İnkişaf Mərkəzinin rəhbəri Eyüp Vural Aydın DÖST sahəsində Türkiyə təcrübəsi, bu sahədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Tədbir çərçivəsində ümumilikdə, DÖST modelinin mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı