Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət qeydiyyatına alınan qiymətli kağızlar açıqlanıb - BBN

Dövlət qeydiyyatına alınan qiymətli kağızlar açıqlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 5 milyard 500 milyon manat dəyərində dövlət istiqrazları, Mərkəzi Bankın 1 milyard 740 milyon manat dəyərində notları, 668,4 milyon manat dəyərində korporativ istiqrazları, 229,8 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən BBN.az-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 1 milyard 514,9 milyon manatlıq notları, 1 milyard 15 milyon manatlıq dövlət istiqrazları, 849,7 milyon manatlıq korporativ istiqrazları və 107,3 milyon manatlıq səhmlər yerləşdirilib.

2023-cü ilin yanvar-iyun aylarında nominal dəyəri Mərkəzi Bankın 357,8 milyon manat olan notları, 325,7 milyon manatlıq korporativ istiqrazları, 296,3 milyon manatlıq dövlət istiqrazları və 114,5 milyon manatlıq səhmlər tədavüldə olub.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Mərkəzi Bank: 10 manatlıq əskinaslar ödəniş terminallarında qəbul edilməlidir

Əmanətçilər üçün xüsusi təklif

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı