Dövlət qurumlarına yönəlmiş kiberhücumların sayı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 648 kiberhücum indikatoru (IOC) müəyyən edib. Dövlət Xidmətinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

Kibertəhdidlərin 216-sı daxili araşdırmalar, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən edilərək bloklanıb.

Təkcə sentyabr ayında 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 44 faiz azdır.

Qeyd edək ki, 2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınmışdı. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində bloklanmışdı.

Related posts

2025-ci ilin III rübündə kart fırıldaqçılığında yeni tendensiyalar: rəqəmsal kanallar əsas risk mənbəyidir

“Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mövcud vəziyyət və atılan addımlar” – ABA-nın eksperti Malik Rəhimlinin müsahibəsi

Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı