Dövlət satınalmalarında iştirak edən sahibkarlara arayışın verilməsi xidməti elektronlaşdırılıb

Dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən arayışın əldə edilməsi prosesi sadələşdirilib. Artıq bunun üçün sahibkarlar vergi orqanlarına müraciət etməyəcəklər.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə görülən işlərin nəticəsi olaraq, “Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulan “vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması” barədə vergi orqanları tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb.

Sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət bundan sonra yalnız “etender.gov.az” portalı vasitəsilə həyata keçiriləcək.Təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Qeyd edək ki, bu proses “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmaları əhatə edir.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı