Dövlət sifarişi və təqaüd alan tələbələrin sayı artırılır

Növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə, təqaüd alan tələbələrin sayının isə 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılması nəzərdə tutulub.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu məqsədlə 589 milyon manat vəsait ayrılacaq. Ayrılan vəsaitin 412 milyon manatı təhsil xərclərinə, 177 milyon manatı isə tələbə təqaüdlərinin ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, bu addım ali və orta ixtisas təhsili müəssisələrində dövlət dəstəyi ilə təhsil alan və təqaüd əldə edən tələbələrin sayının artırılmasına xidmət edir.

Related posts

Unibank-da Yeni Təyinatlar

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı