Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin  təkmilləşdirilməsi, sosial proqramların ünvanlılığının və həssas qruplara əlçatanlığının artırılması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

 Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına əsasən pensiya və müavinətlərin artırılması sahəsində ardıcıl olaraq atılan mühüm addımları diqqətə çatdırıb. O, vətəndaşlara xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində də ciddi islahatlar aparıldığını, ötən il 21 sosial təminat növü üzrə təyinatın elektronlaşdırıldığını deyib. Ötən il Bakıda yaradılan iki DOST mərkəzinin bu sahədə əhəmiyyətli rolunu, cari ildə artıq regionlarda da belə mərkəzlərin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

A.Kərimov  dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə DSMF-nin publik hüquqi şəxs kimi formalaşdırılmasının əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və idarəetmənin təkmilləşdirilməsinə xidmət etdiyini bildirib. O, həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsinin genişləndirilməsi sahəsində müvafiq işlərin aparıldığını, bununla bağlı yeni qanunvericilik layihələrinin hazırlandığını diqqətə çatdırıb.

Fondun direktoru Himalay Məmişov vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial proqramların icrası sahəsində görülən işlər barədə məlumat verib.

Müşavirədə DSMF publik hüquqi şəxsin yaradılması, ünvanlı dövlət sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması, kadr və struktur islahatları sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı