Dövlət Sosial Müdafiə Fondunun saytı istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (dsmf.gov.az) istifadəyə verilib.

Saytda sosial təminata dair qanunvericilik, sosial təminat növləri (pensiya, müavinət, təqaüd və s.), onların təyin olunması qaydaları, DSMF-nin strukturu, fəaliyyət istiqamətləri, xidmət və layihələri, şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək tədbirləri və s. ilə bağlı məlumatlarla tanış olmaq mümkündür.

Həmçinin vətəndaşlar saytın “Müraciət” bölməsində Fondun rəhbər şəxslərinin qəbul günlərini öyrənə və onlayn qaydada onların qəbuluna yazıla, Fonda onlayn müraciət edə bilərlər. Bu bölmədə sosial təminat sahəsinə dair ən çox verilən suallar cavablandırılıb, 142 – Çağrı Mərkəzinin göstərdiyi xidmətlə bağlı məlumat da yer alıb.

Saytın “Media” bölməsində isə Fondun fəaliyyət istiqamətləri ilə bağlı gündəlik yenilənən məlumatlar, maarifləndirici videoçarxlar və s. təqdim edilir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı