Dövlət Vergi Xidməti vergi ödəyiciləri arasında növbəti onlayn sorğu keçirəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin təqdim edilməsi ilə bağlı onlayn sorğu keçirir. Bu sorğu “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin Dövlət Vergi Xidməti tərəfindən tərtib olunması və sadələşdirilmiş interfeys formasında SMS bildirişlə vergi ödəyicilərinə göndərilməsi xidmətindən istifadə səviyyəsini, habelə xidmətlərdən istifadə zamanı yarana biləcək çətinlikləri öyrənmək məqsədi daşıyır.

Sorğu anonim keçirilir və sorğuda iştirak edənin heç bir məlumatı qeydə alınmır. Sorğuda iştirak etməklə siz “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi prosesnin daha da asanlaşdırılması və bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.

Sorğuda bu link vasitəsilə iştirak edə bilərsiniz.

Related posts

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı