Dövlət Vergi Xidmətinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə keçirdiyi görüşlər davam edir. Növbəti belə tədbir Azərbaycan Banklar Assosiyasiyasının və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə assosiasiya tərəfindən vergi qanunvericiliyində dəyişiklik edilməsi məqsədilə verilən təkliflər müzakirə edilib.

Tədbirdə maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə xidmət göstərilən zaman yerli normativ hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi məqsədilə təqdim olunması nəzərdə tutulan məlumat formalarının doldurulması və göndərilməsi prosesində yaranan çətinliklər dinlənilib və müvafiq izahatlar verilib.

Xatırladaq ki, 12 iyul tarixində ABA tərəfindən Dövlət Vergi Xidmətinə təqdim olunan təkliflərin müzakirəsi ilə bağlı daha bir görüş keçirilmişdir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı