Dövlət Vergi Xidmətinin nümayəndələri ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri arasında görüş keçirilib

Məlumdur ki, ötən illərdə ödəniş kartları ilə aparılan əməliyyatlarda vergi dərəcələrinin şamil olunduğu müvafiq təsərrüfat subyektlərinin kateqoriya kodlarının (“Merchant Category Codes” (MCC)) siyahısı tərtib edilmişdir.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun apardığı araşdırmalar zamanı bu siyahının yenilənməsinin zəruri olduğu müəyyən edilmişdir.

Sözügedən məsələnin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri ilə müzakirəsi məqsədilə 27 iyul 2021-ci il tarixində onlayn görüş keçirilmişdir. Görüş zamanı bu MCC kodların siyahısının Dövlət Vergi Xidməti ilə qarşılıqlı müzakirələr çərçivəsində yenidən dəqiqləşdirilməsi və mövcud çatışmazlıqlar nəzərə alınaraq təkmilləşmələrin aparılması qərara alınmışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı