Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə birinci rübdə 4 milyard 899,5 milyon manat vergi daxil olub

Cari ilin birinci rübündə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vergi daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 74,8 faiz və ya 2,1 milyard manat çoxdur.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov KOBİA və ASK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən tədbirdə deyib.

“Sahibkarlarımız əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər. Əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və aprelin 1-nə 1.755,8 minə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min təşkil edib”, – deyə nazir müavini vurğulayıb.

O bildirib ki, muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” sayəsində təkcə cari ilin yanvar-mart ayları ərzində məcburi dövlət sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 145,3 milyon manat artaraq, 1 milyard 192,7 milyon manata çatıb.

AZƏRTAC

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı