Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC barədə iş qaldırıb.

BBN.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə quruma səhmdar cəmiyyətinin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları”nın həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verdiyi, bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina etdiyi bildirilib.

Daxil olan məlumatlar əsasında Dövlət Xidməti bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparıb. Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” barədə bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və yaxud müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı