Dövlət Xidməti tərəfindən akkreditasiya edilmiş sınaq laboratoriyalarının nümayəndələri ilə görüş keçirilib

Görüşdə “E-Keyfiyyət” portalında tərtibi nəzərdə tutulan sınaq protokolunun yeni formasının təqdimatı həyata keçirilib.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə akkreditasiya edilmiş sınaq laboratoriyalarının nümayəndələri ilə görüş keçirilib. Görüş “E-Keyfiyyət” portalında akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən sınaq laboratoriyaları tərəfindən tərtib olunan sınaq protokolunun formasının və portaldan istifadə qaydalarının müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirdə Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşları Nəzrin Mirzəzadə, Yusif Nəsibov, Türkan Kərimova, eləcə də Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndəsi Gülarə Süleymanova təqdimatla çıxış ediblər.

Təqdimat zamanı standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, texniki tənzimləmə, metrologiya, akkreditasiya, ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin səmərəli təşkili və xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən görülmüş işlər barədə məlumat verilib.

Daha sonra sözügedən sahələrdə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış “E-Keyfiyyət” portalının funksiyaları diqqətə çatdırılıb, o cümlədən sözügedən portal vasitəsilə yaradılması nəzərdə tutulan sınaq protokolunun yeni formasının təqdimatı həyata keçirilib.

Tədbir sınaq protokollarının yaradılması zamanı qarşıya çıxan çətinliklər, o cümlədən portaldan istifadə qaydaları barədə müzakirələrlə davam etdirilib.

Qeyd: “E-Keyfiyyət” portalı (https://e-keyfiyyet.gov.az/home) ölkədə texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində rəqəmsallaşmanın təmin olunması məqsədilə yaradılıb. İlkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr və kalibrlənməsi haqqında sertifikatların, ölçmə metodlarının attestasiyası haqqında şəhadətnamələrin, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi və ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, orta riskli mallara münasibətdə uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin verilməsi, mal (iş, xidməti) ilə əlaqəli prosesin və istehsal metodunun, o cümlədən malların (işlərin, xidmətlərin)  uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi xidmətləri elektronlaşdırılıb.

Related posts

İsveç Vergi Agentliyi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

Bakıda VIII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2024) keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı