Dövlət Xidməti: “Telegram” hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” platforması üzərindən həyata keçirilən kiberhücumlarla bağlı açıqlama yayıb.

Məlumata görə, hazırda 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürülüb. Sözügedən resursların fəaliyyəti araşdırılır və onların istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.

Qeyd olunub ki, mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında ictimaiyyətə təqdim ediləcək.

Related posts

2025-ci ilin III rübündə kart fırıldaqçılığında yeni tendensiyalar: rəqəmsal kanallar əsas risk mənbəyidir

“Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mövcud vəziyyət və atılan addımlar” – ABA-nın eksperti Malik Rəhimlinin müsahibəsi

Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı