Dövlət Xidməti və ATİB arasında işgüzar görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) nümayəndələri Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi tədbirdə iştirak ediblər.

İşgüzar nahar formatında təşkil edilən tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli iş adamlarına Dövlət Xidməti və onun tabeliyində olan qurumların fəaliyyət istiqamətləri, əldə olunan nəticələr, rəqabət siyasəti, dövlət satınalmaları, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yeniliklər barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı digər sferalarda olduğu kimi, biznes sahəsində də qardaş ölkələrin sıx əməkdaşlığını yüksək qiymətləndirib.   

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangın dövlət-özəl tərəfdaşlığının önəmindən danışıb, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində biznes subyektlərinin rolunu vurğulayıb.

Tədbirdə Türkiyə və Azərbaycanın 100-dən artıq  biznes təmsilçisi iştirak edib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı