Dövlət Xidməti vəkil və hüquqşünaslar üçün təlim keçirib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) Vəkillər Kollegiyası ilə birgə təlim keçirib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) birgə təşkilatçılığı ilə biznes hüququ ilə məşğul olan vəkillər və hüquqşünaslar üçün təlim keçirilib. “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda keçirilən təlimdə ümumilikdə 60-dan çox şəxs iştirak edib.

Təlimdə Dövlət Xidmətinin nümayəndələri təbii inhisarlar, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, antiinhisar nəzarəti sahələrində Dövlət Xidmətinin gördüyü işlər barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə həmçinin Dövlət Xidmətinin müvafiq sahələrdə mövcud praktikası və məhkəmə təcrübəsi əsasında müzakirələr aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı