Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilmişdir - BBN

Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilmişdir

  13 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. Ümumi dəyəri 700,000 (yeddi yüz min) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.

  Açılış mərasimində emitent tərəfindən BOKT “Falcon Finance” MMC, birja üzvü tərəfindən “PSG-Kapital İnvestisiya Şirkəti” ASC və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin Biznesin İnkişafı Qrupunun direktoru Emil Babayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “Falcon Finance” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.

Related posts

“Brent” 100 dolların üzərində rəqs edir: Danışıqlar dalana dirəndi, Hörmüz boğazında gəmilərin yolu hələ də bağlıdır!

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (22.04.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (10.04.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı