Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün təlim keçirilib - BBN

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün təlim keçirilib

Təbii inhisar subyektlərinə dövlət nəzarəti və onların tənzimlənməsi ilə bağlı Rəqabət Məcəlləsində nəzərdə tutulan müddəalar diqqətə çatdırılıb, istehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Məcəllədə təsbit edilmiş tələblərdən irəli gələn hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən telekommunikasiya sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin iştirakı ilə “Təbii inhisar subyektlərinin göstərdikləri xidmətlər üzrə Rəqabət Məcəlləsi ilə təsbit edilmiş çərçivədə istehlakçı (müştəri) hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

30-yaxın təbii inhisar subyekti nümayəndələrinin qatıldığı tədbirdə Dövlət Xidmətinin Təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Təbii inhisar sahəsində dövlət tənzimlənməsi, məhsulların istehsalı (satışı) zamanı təsərrüfat subyektlərinə və istehlakçılara münasibətdə təbii inhisar subyektlərinə qoyulan tələblər və qadağan olunan hərəkətlərlə bağlı Məcəllədə təsbit olunan müddəalar diqqətə çatdırılıb.

Bundan əlavə, iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı