Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasına səfər edib - BBN

Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasına səfər edib

AİBNDX-nin nümayəndə heyəti Birinci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi – Koreya Ədalətli Ticarət Komissiyası Rəhbərlər Sammiti və 12-ci Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Birinci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi – Koreya Ədalətli Ticarət Komissiyası Rəhbərlər Sammiti (“ASEAN-CIS-KFTC” Enforcers Summit) və 12-ci Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib.

Müxtəlif ölkələrdən əlliyə yaxın nümayəndənin qatıldığı tədbirdə Dövlət Xidmətinin rəisi AİBNDX-nin fəaliyyət istiqamətləri, xüsusi ilə ölkəmizdə rəqabət, dövlət satınalmaları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair institusional islahatlar, keyfiyyət infrastrukturu və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Bundan əlavə, iştirakçılara sözügedən fəaliyyətlərin rəqəmsallaşdırılmasına dair qarşı qoyulan hədəflərlə bağlı ətraflı məlumat verilib.

İki gün davam edən sammit çərçivəsində iştirakçı ölkələrdə son rəqabət qanunları, yeniliklər və siyasət tendensiyaları, iqtisadi böhranın aradan qaldırılmasında rəqabət qurumlarının rolu, antiinhisar orqanlarının rəqabətin məhdudlaşdırılması hallarına reaksiyası, rəqəmsal bazarların sürətli inkişafının rəqabət mühitinə yaratdığı təhdidlər mövzularında  fikir mübadiləsi aparılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlıq, texniki yardım təcrübələri və təkmilləşdirmə üsulları istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib.

 

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı