Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət Xidmətinin nümayəndələri ICPEN-nin təşkilatçılığı ilə Polşada keçirilən beynəlxalq konfransda iştirak ediblər - BBN

Dövlət Xidmətinin nümayəndələri ICPEN-nin təşkilatçılığı ilə Polşada keçirilən beynəlxalq konfransda iştirak ediblər

Varşava şəhərində təşkil olunan “İstehlakçıların səmərəli seçimlərinin təşviqi” mövzusunda beynəlxalq tədbirdə istehlakçı seçimlərinə təsir edən sahibkar davranışları, rəqəmsal bazarlarda istehlakçıların müdafiəsi və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Polşa Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) təşkilatçılığı ilə keçirilən “İstehlakçıların səmərəli seçimlərinin təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Tədbirin məqsədi üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın təşviq edilməsi, istehlakçıların müdafiəsi sahəsindəki problemlərə diqqətin ayrılması və innovativ həllərin tətbiq olunmasıdır. Beynəlxalq konfransda ölkəmizlə yanaşı, Almaniya, Niderland, Belçika, Latviya, Norveç, Birləşmiş Krallıq, Portuqaliya, Koreya, Avstraliya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak edib.

Konfransda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov təqdimatla çıxış edərək Dövlət Xidmətinin tarixi və fəaliyyət istiqamətləri, ölkəmizdə istehlakçı hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib və panel müzakirələrində iştirak edib.

Konfransda həmçinin istehlakçı seçimlərinə təsir edən sahibkar davranışları, istehlakçı hüquqlarının müdafiəsi sahəsində süni intellektin tətbiqi, yaşayış xərclərində qlobal artım tendensiyası zamanı istehlakçı hüquqlarının qorunması mövzularında panellər təşkil olunub, rəqəmsal bazarlarda istehlakçıların müdafiəsi məsələləri müzakirə edilib.

——————————————————————————————————————————-

Qeyd: Azərbaycan Respublikası 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzvdür və təşkilatda İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunur. Cari ildən Azərbaycan ICPEN Məsləhət Qrupuna üzv seçilib. 2023-2024-cü illərdə fəaliyyət göstərəcək ICPEN Məsləhət Qrupuna hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir.

 

Related posts

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

Azərbaycanla San-Marino arasında enerji əlaqələrinin inkişafı müzakirə edilib

Yusif Abdullayev: “Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı