Dövlət Xidmətinin nümayəndələri Türkiyə Respublikasına səfər ediblər

Səfər çərçivəsində ölçmə vasitələrinin tipinin təsdiq olunması məqsədilə sınaqların aparılması, yoxlanılması, ölçmə vasitələrinin təmir və sazlanma işləri üçün müstəqil qurumlara səlahiyyətlərin verilməsi sahəsində təcrübə mübadiləsi aparılıb, ölkəmizdə qurulmaqda olan qanunverici metrologiya sisteminin qabaqcıl Türkiyə təcrübəsinə uyğunlaşdırılması perspektivləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. Səfər çərçivəsində Dövlət Xidmətinin nümayəndələri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Metrologiya və Sənaye Məhsullarının Təhlükəsizliyi Baş İdarəsində görüşlərdə iştirak edib, ölkəmizin elmi, tətbiqi və qanunverici metrologiya sahələrində son illər görülmüş işlər barədə məlumat veriblər.

Görüş zamanı Türkiyə Respublikasında qanunverici metrologiya sahəsini tənzimləyən qanunvericilik aktlarının tələbləri barədə məlumat verilib, dövlət tənzimlənməsinin şamil olunduğu ölçmə vasitələri və onları digər ölçmə vasitələrindən fərqləndirən meyarlar, ölçmə vasitələrinin yoxlanılması və istehlak bazarına yerləşdirilməsi qaydaları nəzərdən keçirilib. Bundan əlavə, Türkiyədə ölçmə vasitələrinin metroloji izlənilməsini təmin etmək məqsədilə yaradılmış elektron sistem barədə məlumat verilib, onun faydaları və üstünlükləri barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində ölçmə vasitələrinin tipinin təsdiq olunması məqsədilə sınaqların aparılması, yoxlanılması, ölçmə vasitələrinin təmir və sazlanma işləri üçün müstəqil qurumlara səlahiyyətlərin verilməsi sahəsində təcrübə mübadiləsi baş tutub. Belə ki, Dövlət Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqəsində istismar olunan ölçmə vasitələrinin dövri yoxlanılma prosesində iştirak ediblər, o cümlədən ölçmə vasitələrinin sınaq və kaliblənmə işlərini həyata keçirən səlahiyyətli qurumun fəaliyyəti ilə tanış olublar.

Səfər nümayəndə heyətinin Türkiyə Respublikasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME)  və Türkiyə Akkreditasiya Təşkilatında (TÜRKAK) görüşləri ilə davam etdirilib. Görüşlər çərçivəsində sözügedən qurumların Türkiyənin keyfiyyət infrastrukurunda rolu, elmi metrologiyanın iqtisadiyyata faydaları və s. məsələlər barədə məlumat verilib.

Sonda tərəflər arasında birgə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Azərbaycanda qurulmaqda olan qanunverici metrologiya sisteminin qabaqcıl Türkiyə təcrübəsinə uyğunlaşdırılması istiqamətində gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Related posts

İraqın ticarət naziri ilə görüş keçirilib

Nazir Məcnun Məmmədov “Böyük iyirmilik” ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısında iştirak edib

AQEM yanında İşgüzar Şuraya 2025-2026-cı illərdə KOBİA sədrlik edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı