DSMF əməkdaşları Seulda təlimdə iştirak ediblər

“Koreya Respublikası və Şərqi Asiya regionu ölkələrinin pensiya-sığorta sistemləri” mövzusunda təlim keçilib. Seul şəhərində təşkil olunan təlimdə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları da iştirak ediblər.

Koreyanın Milli Pensiya Xidmətinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru K.Haejoong təlim çərçivəsində müzakirə ediləcək məsələlərin gələcək fəaliyyət üçün faydalı olacağını vurğulayıb.

Təlimdə Koreyanın pensiya təminatı və sosial sığorta sistemi, əhaliyə göstərilən elektron və proaktiv xidmətlər, könüllü pensiya sığortası sistemi, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət proqramları müzakirə olunub.

Təlimdə vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması mövzularına dair fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı