Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DSMF Böyük Britaniyada yerləşən beynəlxalq qurumun “İnnovasiyada Mükəmməllik – 2024-cü ilin Pensiya Fondu” ali mükafatına layiq görülüb - BBN

DSMF Böyük Britaniyada yerləşən beynəlxalq qurumun “İnnovasiyada Mükəmməllik – 2024-cü ilin Pensiya Fondu” ali mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada yerləşən “Global Banking&Finance Review” beynəlxalq qurumunun builki “Global Banking&Finance Awards” müsabiqəsində növbəti uğuruna imza atıb.

Bir neçə mərhələdə keçirilən müsabiqənin münsiflər heyəti tərəfindən Fondun fəaliyyət sahələrində son illər aparılan islahatlar maksimum balla qiymətləndirilib. Beləliklə, DSMF müsabiqənin “Excellence in İnnovation Awards” kateqoriyası üzrə “İnnovasiyada Mükəmməllik – 2024-cü ilin Pensiya Fondu” ali mükafatına layiq görülüb.

Müsabiqədə 100-ə yaxın ölkədən (ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Oman, Filippin və b.) maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.

Bu il DSMF artıq 20, son 3 ildə və cari ilin ötən dövründə 43 beynəlxalq mükafatla təltif edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı