DSMF ilə Bolqarıstanın Milli Sosial Təminat Qurumu arasında əməkdaşlıq sənədi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Bolqarıstanın Milli Sosial Təminat Qurumu (MSTQ) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov və MSTQ-nin rəhbəri Vesela Karaivanova imzalayıblar.

Memorandumda hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti ifadə edilir və  pensiya təminatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində məlumat mübadiləsi və digər əməkdaşlıq istiqamətləri müəyyən olunub.

İmzalanan sənədin Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələrin daim genişlənməsinə töhfə olacağı, qurumlar arasında əməkdaşlığın dərinləşməsinə mühüm zəmin yaradacağı vurğulanıb.

Görüşdə hər iki ölkənin pensiya və sosial sığorta sahəsində təcrübələrinə dair təqdimatlar edilib, təcrübə və məlumat mübadiləsi aparılıb.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

DSMF-nin xərcləri 13,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı