DSMF-nin gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə  449 mln. manat və ya 21% artaraq 2 mlrd. 558 mln. manat təşkil edib.Fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları keçən ilin eyni dövrünə nisbətən 434,3 mln. manat və ya 34,2% artaraq 1 mlrd. 703 mln. manat  olub.

Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1%, qeyri-büdcə sektoru üzrə 117,3% icra olunub.

Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib.

Son 2 ildə əhaliyə ödənişlər 1,2 milyard manat artsa da, şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində Fondun gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib.

Bu ilin birinci yarımilində DSMF-nin fəaliyyətin optimallaşdırılması üçün aparılan islahatlar çərçivəsində fərdi uçotun və mühasibatlığın, sosial ödənişlərin mərkəzləşdirilməsi təmin edilib.

Ötən dövrdə 85 mindən çox şəxsə məmur-vətəndaş təması olmadan, heç bir sənəd təqdim edilmədən, elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb, 324 min şəxsə isə e-arayış verilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı