Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu dəfə Qəbələ rayonunda ictimai dinləmə keçirib.
Qəbələ və Oğuz rayonlarından olan ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, xüsusi ilə pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri pensiya və sosial müavinətlərlə bağlı təqdimatlarla çıxış ediblər. Eyni zamanda pensiya və sosial müavinətlərin mahiyyəti, bu ödəniş növlərinin bir-birindən fərqi ətraflı izah olunub.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.