DSMFvə Özbəkistanın Büdcədənkənar Pensiya Fondu arasında təcrübə mübadiləsi aparılır

Özbəkistanda səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu ölkənin maliyyə nazirinin müavini Cəmşid Abruyevlə görüşüb.

Görüşdə DSMF ilə Özbəkistan Respublikasının Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondu arasında perspektiv əməkdaşlıq və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

DSMF sədri Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarovla da görüşüb.

Görüşdə sosial sığorta və sosial təminat sahəsində son illərdə ölkəmizdə aparılan islahatlar barədə məlumat verilib. Bu sahədə innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində prioritet hədəflər diqqətə çatdırılıb.

Ə.Haydarov əhalinin sosial sığortası və sosial ödənişlərlə təmin edilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin Özbəkistanda tətbiq edilməsində maraqlı olduqlarını bildirib.

Özbəkistanın pensiya və sosial sığorta sistemi barədə məlumat verilib. Yaxın gələcəkdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsinə dair Niyyət Protokolunun imzalanması təklif edilib.

Səfər çərçivəsində Fondun nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərindəki Dövlət Xidmətləri Mərkəzində sosial sahədə əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı