Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DTA tərəfindən ekoturizmin inkişafı məqsədilə turizm dəhlizlərinə infotur təşkil edilib - BBN

DTA tərəfindən ekoturizmin inkişafı məqsədilə turizm dəhlizlərinə infotur təşkil edilib

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanda ekoturizmi inkişaf etdirmək və bu növ fəaliyyətləri təşviq etmək məqsədilə 11-13 dekabr tarixlərində turoperator və turagentliklərin nümayəndələri, videobloqerlər və müstəqil bələdçilərin iştirakçılığı ilə şimal, cənub, şimal-mərkəz və qərb turizm dəhlizləri boyunca infotur təşkil olunub.
İnfotur dörd turizm marşrutu boyunca müxtəlif ekoturizm fəaliyyətlərini, Şahdağ, Qızılağac, Hirkan və Göygöl Milli Parklarını, və digər təbiət ərazilərini əhatə edib.
Səfər çərçivəsində Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Lənkəran, Lerik, Astara və Göygöl rayonları ziyarət olunub.
İştirakçılara ekoturizm fəaliyyətlərinin və icma iştirakçılığının turizm sənayesində təşviqi üçün təklif edilən xidmət növləri, həmçinin bu fəaliyyəti dəstəkləyən tarixi və mədəni turizm məhsulları nümayiş etdirilib.
Qeyd edək ki, təbiət əraziləri, milli parklar və eləcə də digər turizm baxımından mühüm hesab edilən ərazilərdə ekoturizmin inkişaf etdirilməsi və bu ərazilərin ekoturizm destinasiyası kimi tanıdılması Azərbaycanda turizmin inkişafı strategiyası üzrə prioritet istiqamətlərdəndir.
Ekoturizm fəaliyyətlərinin tanıtımı vasitəsilə bioloji müxtəlifliyin dayanıqlılığını və davamlı istifadəsini təmin etmək, “yaşıl artım” ölkəsi konsepsiyasının turizm sənayesi vasitəsilə dəstəklənməsinə nail olmaqla regionlarda məşğulluq səviyyəsini artırmaq hədəflənir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı