Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən etik davranış məsələləri ilə bağlı maarifləndirmə işləri davam etdirilir - BBN

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən etik davranış məsələləri ilə bağlı maarifləndirmə işləri davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2022-2023-cü illər ərzində də etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin aparılması davam etdirilmişdir.

Bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində “Şəffaflıq Azərbaycan” (Transparency Azerbaijan) Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən Agentliyin əməkdaşları üçün “Etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları barədə ətraflı məlumat verilib.

2022-2023-cü illər ərzində Agentlikdə işə yeni qəbul edilən əməkdaşların “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin etik davranış Qaydaları”nın tələbləri ilə tanışlığı təmin edilib. Yeni işçilərə vəzifələrinin icrası zamanı Agentliyin fəaliyyətinə və nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verilməməsinin, işin təşkilində şəffaflığın və səmərəliliyin artırılmasının, təmsil olunduqları müəssisəyə inam və etimadın yüksəldilməsinin vacibliyi qeyd olunub.

2022-2023-cü illər ərzində Agentliyin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilməyib və etik davranış qaydalarının pozulması ilə bağlı intizam tənbehi tədbiri tətbiq edilməyib.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı