Dünya Bankı Azərbaycanda investisiya qoyulmalı ən vacib sahəni açıqlayıb

“Azərbaycanda insan kapitalının gücləndirilməsinə nail olmaq üçün təhsilə daha çox və daha yaxşı investisiyaların qoyulması vacibdir”.

BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə böyük iqtisadçısı Arvind Nair deyib.

O, əlavə edib ki, özəl sektorun məhsuldarlığının artırılmasına əlavə olaraq başqa bir vacib element insan kapitalıdır: “Bu gün bütün dünyada insan kapitalı uzunmüddətli artım üçün çox vacibdir. Biz öz hesabatımızda insan kapitalının gücləndirilməsinə nail olmaq üçün təhsilə daha çox və daha yaxşı investisiyaların qoyulmasını qeyd etmişik. Bizim araşdırmamız və gəldiyimiz nəticələr ölkənin sosial-iqtisadi inkişaf strategiyası və orada göstərilən artım modeli ilə hesablaşıb”.

Report

 

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı