Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı Azərbaycanda layihəyə qrant ayırıb - BBN

Dünya Bankı Azərbaycanda layihəyə qrant ayırıb

BBN.az xəbər verir ki, qrant vəsaitinin bir hissəsi Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yönəldiləcək.

Layihə çərçivəsində məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və təkmilləşdirilmiş əsaslandırma təqdim edəcək. İşlərə baza göstəricilərinin yenilənməsi, investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlillərin aparılması, konseptual layihə və tender sənədlərinin hazırlanması daxildir.

Tapşırığın icra müddəti müqavilə imzalandıqdan sonra 6 ay təşkil edir. Layihəyə 2025-ci ilin noyabrında start veriləcəyi gözlənilir. Onun ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Related posts

Yaponiya Mərkəzi Bankından “faiz” xəbərdarlığı: İyun ayında artım gözlənilir!

Xalis mənfəətə görə bankların – RENKİNQİ

Aktivlərin həcminə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı