Home » Dünya Bankı Azərbaycanda layihəyə qrant ayırıb

Dünya Bankı Azərbaycanda layihəyə qrant ayırıb

by Zeyneb
0 comments 1 views 0 minutes read

BBN.az xəbər verir ki, qrant vəsaitinin bir hissəsi Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yönəldiləcək.

Layihə çərçivəsində məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və təkmilləşdirilmiş əsaslandırma təqdim edəcək. İşlərə baza göstəricilərinin yenilənməsi, investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlillərin aparılması, konseptual layihə və tender sənədlərinin hazırlanması daxildir.

Tapşırığın icra müddəti müqavilə imzalandıqdan sonra 6 ay təşkil edir. Layihəyə 2025-ci ilin noyabrında start veriləcəyi gözlənilir. Onun ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dolları səviyyəsində qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.