Dünya Bankı: Güclü dollar inkişaf etməkdə olan bazarlara təsir etməkdədir

ABŞ dolları ilin əvvəlindən bu yana 11% dəyər qazanıb və iki onillikdən sonra ilk dəfə isə məzənnə avro ilə bərabərləşib və Avrozonanın ortaq pul vahidi dəyər itirməyə başlayıb.

BBN.az xəbər verir ki, bu haqda Dünya Bankının (Word Bank) bloqunda məlumat verilib.

Məsələn, ilin əvvəlindən bəri Şri Lanka rupisi dollara nisbətdə ən böyük həcmdə dəyər itirib, 78.04%, türk lirəsi 35%, Ukrayna qrivnası 34.11%, Argentina pesosu 28.89%, Yaponiya yeni 15.73%, Polşa zlotı 15.02%, Bolqar levi 12.31%, avro 11.6%, Böyük Britaniya funt sterlinqi 11.44%, Bosniya və Herseqovina markı 11.37% dəyər itirib. Həmçinin Çex kronu 10.9%, Koreya vonu 10.15%, Flippin pesosu 9.32%, Hindistan rupisi 6.49%, Çin yuanı 6.32%, Sinqapur dolları 2.6% dəyər itirib.

Maraqlıdır ki, güclü dollara qarşı müqavimət göstərən valyuta məzənnələri isə Peru solu 2.19%, Braziliya realı 5.17%, Uruqvay pesosu isə 8.22% bahalaşıb. 

Dollara tələbin səbəbi

“Dollar ona görə güclənir ki, çünki ona tələb böyükdür. Bir çox iqtisadi hesabatlar göstərir ki, iqtisadi aktivlik azalır. Həmçinin Ukraynada müharibə bazarlarda kütləvi geosiyasi risk və qeyri-stabillik yaradıb. Bundan əlavə, tarixi inflyasiya ABŞ Federal Ehtiyatlar Sistemini, başqa adla Mərkəzi Bankını aqressiv faiz artımına getməyinə səbəb olmuşdu. Bu və ya digər amilləri nəzərə almaqla investorlar isə daha təhlükəsiz pul vahidinə investisiya etməyə maraqlı olur”, – deyə Dünya Bankının bloqunda deyilib. 

“Dünya Bankı, həmçinin, əlavə edib ki, valyuta səbəti ilə müqayisədə dollar 14% dəyər qazanıb və bu yeni bir fenomen deyil. Belə ki, dollar indeksi Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən dolayı daha aşağı idi, daha sonra Mərkəzi Bankın 2022-ci ildə bir neçə dəfə faiz artımı qərarından sonra, dolların indeksi yüksəlib”, – deyə bloqda bildirilib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı