Dünya Bankı ilə birgə layihələr çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində mühüm rola malikdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin icra vəziyyəti barədə məlumat verib. O, həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyan bu layihə üzrə ardıcıl şəkildə aktivlərlə təminatın həyata keçirildiyini qeyd edib.

Məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsində də “Məşğulluğa Dəstək Layihəsi”nin önəmindən bəhs olunub. Eləcə də əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün son illər aparılan islahatlar, əlilliyin qiymətləndirilməsi üzrə ötən il yeni meyarların tətbiqinə başlandığı, qadınların məşğulluq imkanlarının artırılması üçün qanunvericilikdə dəyişikliklər edildiyi diqqətə çatdırılıb.

Bu sahələrdə, habelə övladlığagötürmə sahəsində potensialın gücləndirilməsində uğurlu əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb. Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə qlobal qrupunun rəhbəri Paolo Belli, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya və b. fikirləri dinlənilib.

Görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi birgə layihələr, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Unibankın “Əjdaha” lotereyasındakı 3 mənzili kimlər qazanacaq?

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı