Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya Bankı ilə birgə layihələr çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub - BBN

Dünya Bankı ilə birgə layihələr çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində mühüm rola malikdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin icra vəziyyəti barədə məlumat verib. O, həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyan bu layihə üzrə ardıcıl şəkildə aktivlərlə təminatın həyata keçirildiyini qeyd edib.

Məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsində də “Məşğulluğa Dəstək Layihəsi”nin önəmindən bəhs olunub. Eləcə də əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün son illər aparılan islahatlar, əlilliyin qiymətləndirilməsi üzrə ötən il yeni meyarların tətbiqinə başlandığı, qadınların məşğulluq imkanlarının artırılması üçün qanunvericilikdə dəyişikliklər edildiyi diqqətə çatdırılıb.

Bu sahələrdə, habelə övladlığagötürmə sahəsində potensialın gücləndirilməsində uğurlu əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb. Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə qlobal qrupunun rəhbəri Paolo Belli, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya və b. fikirləri dinlənilib.

Görüşdə Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi birgə layihələr, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Related posts

Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək

RABİTƏBANKDAN SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİNƏ ÖZƏL MİKROKREDİTLƏR ÜZRƏ “10% DAHA SƏRFƏLİ” KAMPANİYASI

Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı