Dünya Bankı (DB) Azərbaycanın dövlət borcunun 2025-ci ilə kimi azalacağını proqnozlaşdırıb.
Bu barədə Dünya Bankının hesabatında bildirilib. Hesabata əsasən, Azərbaycanın dövlət borcunun ümumdaxili məhsulda payı 2022-ci ildəki 11,7%-dən 2023-cü ildə 10,9%-ə qədər azalacaq. Bu Dünya Bankının 2022-ci ilin oktyabr proqnozu ilə müqayisədə 0,2% çoxdur.
DB dövlət borcunun ÜDM-də payını 2024-cü il üzrə 0,2% azaldaraq 10,8%-ə endirib. 2025-ci il üzrə isə bu göstərici 11% proqnozlaşdırılıb.
APA.az