Dünya Bankının nümayəndələri DOST Agentliyində olub

DOST Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. O qeyd edib ki, dövlət sosial xidmətlərində vətəndaş məmnunluğuna imkan yaradan DOST konsepsiyası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür və Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

DOST mərkəzlərində ötən dövrdə 2,6 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara DOST mərkəzlərində göstərilən xidmətlərin spesifikası, DOST modelinin innovativ üstünlükləri barədə məlumat verib.

DOST xidmətləri departamentinin direktoru Aygün Musayeva tərəfindən DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.

Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı