Dünya Bankının qadın, biznes və hüquq reytinqində Azərbaycan son bir ildə 35 pillə irəliləyib

Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkəmiz həmin hesabat-reytinqdə 35 pillə irəliləyərək 190 ölkə arasında ötən ildəki 104-cü pillədən bu il 69-cu pilləyə yüksəlib.

Qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılması Azərbaycanda aparılan sosial islahatların əsas prioritetlərindən biridir. Bu məqsədlə son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nazirliyin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu tərəfindən bir sıra təkliflər hazırlanmaqla, əmək qanunvericiliyində qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirmələr aparılıb.

Beləliklə, atılan addımların müsbət nəticəsi olaraq həmin beynəlxalq reytinqdə ölkəmizin əhəmiyyətli şəkildə irəliləməsi təmin edilib.

Related posts

Əmək müqavilələrinin sayı artıb

Leyla Barxudarzadə: “Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi əsas hədəflərdəndir”

“Brent” neftinin qiyməti 82 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı