Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dünya bazarında “Azeri Light” nefti 73 dolları ötüb - BBN

Dünya bazarında “Azeri Light” nefti 73 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları və ya 1,54 % artaraq 73,31 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, Brent crude markalı neftin aprel fyuçerslərinin qiyməti 72,77 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,61 % artaraq 70,67 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanda bu markadan olan neft Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın payı 31,65 % təşkil edir.

Related posts

Neft 7 Ayın Zirvəsində! ABŞ–İran Danışıqları və Trampın Tarif Hədələri Bazarı Silkələyir

Neft ucuzlaşdı: ABŞ–İran danışıqları və Trampın yeni tarif qərarı bazarı silkələdi

NEFT PARTLADI: ABŞ–İRAN GƏRGİNLİYİ QİYMƏTLƏRİ 6 AYIN ZİRVƏSİNƏ DAŞIDI!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı